DƏDƏ MƏDƏD » ZİM.Az | “ZİYA” İnformasiya Mərkəzi


DƏDƏ MƏDƏDDünya şöhrətli alim,
filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova
uca Allahdan rəhmət diləyirəm, inşaAllah.
Unudulmaz şəxsiyyətin oğlu Müşfiq müəllimə
dərin hüznlə başsağlığı verir və Yaradandan möhkəm səbr diləyirəm.
Dəyərli insana ithaf etdiyim “Dədə Mədəd” şerimi sizlərə təqdim edirəm. Var olun.

İçib elmin badəsini,
Lap dəm oldu Dədə Mədəd.
Meylin salıb kitablara,
Həmdəm oldu Dədə Mədəd.

Borçalıdan doğdu günəş,
Qədəmləri nurla dolu,
Getdiyi yol Turan yolu,
Haqqa doğru Dədə Mədəd.

Ağsaqqaldır elimizə,
Öndər oldu elmimizə,
Təmiz ana dilimizə,
Sipər durdu Dədə Mədəd.

Ürək böyük saf dəryadı,
Əsərləri bir dünyadı,
Oyatdı xalqı fəryadı,
Namazoğlu Dədə Mədəd.

Şöhrəti var dünya qədər,
Öyünmədi çoxu kimi,
Ömrü ötdü yuxu kimi,
Belə köçdü Dədə Mədəd.

DƏDƏ MƏDƏD Lətif AĞAOĞLU
(ƏHMƏDOV)

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir