İLYAS EŞQLİOĞLU (1953) » ZİM.Az


İLYAS EŞQLİOĞLU (1953) İlyas Muxtar oğlu Həsənov – 1953-cü ildə, Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonun Hamamlı kəndində, çoban ailəsində anadan olub. Ailədə doqquz qardaş, bir bacı olublar. Anası Sona “Qəhrəman Ana” Qızıl ulduz medalı alıb.
İlyas Həsənov – 1971-ci ildə orta məkdəbi bitirib, Bakıda Azərbaycan Neft-kimya İnstitutunun, qeoloji kəşfiyyat fakultəsinin mədən-qeofizika ixtisasına qəbul olub. 1976-cı ildə təyinatla Türkmənistanın Bayram-Ali ekpedisyasına mühəndis göndərilib. 1979-cı ildə dayısı qızı Roza ilə evlənib. 1982-ci ildə Mokskvadan təyinatla Tbilisi şəhərinə, Gürcüstan neft şirkətinin Şatlık ekspedisyasına partiya rəisi göndərilib. 1996-cı ildən həmin ekpedisyada, baş mühəndis vəzifəsində çalışıb. Elə həmin ildən də, Azərbaycanın Heft Şirkəti ilə əlaqə yaradıb, Gürcüstan neft buruqlarında, qeofiziki işlər görüb.
Hazırda Tbilisi şəhərində, Muxiyanidə yaşayır, işləmir.
Oğlu Muslim Bakıda, atası kimi qeofizik işləyir. Qızı İrada göz həkimidir. Dörd nəvəsi var. Bakıda yaşayırlar.
Şeir yazmağa iki il öncə başlayıb, “EŞQLİ BULAĞI” adlı 380 səhifədən ibarət bir kitabı çıxıb. İkinci kitabı üçün də, hələlik 270 şeiri var.

Biz də İlyas Eşqlioğluna yen-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az

YAŞA AZƏRBAYCAN!

Hər yan gul-çiçəkdir, bizim ölkədə,
Nef-qaz fantan vurur, mədənlərdə,
Gəmilər fit çalır, Xəzər sahilində,
Boldur qızıl balıq, süfrələrində!

Kənd-şəhərlər, hər an abadlaşır,
Təzə massivlər, uca evlər salınır,
Ustalar yorulmayıb, əzmlə çalışır,
Hər kəs gələcəyə, İlhamla baxır!

Bakımız, gündən-günə gözəlləşir,
Bağ-bağçaları, gül açıb çiçəkləşir,
Mavi Xəzərdən, xəzri külək əsir,
Milli parkda, qonaqlar sərnişir!

Vətən torpağımızdır, Azərbaycan,
Bizik evlatları, hazırıq hər zaman,
Bir yumruğuq, düşmən etsə talan,
Candan keçərik, vermərik aman!

Heydər nəvələriyik, söz vaxtına çəkər,
Erməni dığaları, yola gəlməsələr əgər,
Yenə vətənə girsələr, qulaqların itirər,
Tarix unudulmur, yaşa Azərbaycan!

MAVİ XƏZƏRİN SAHİLİNDƏ!

Gör nə gözəl sahilin var,
Bir dəryasan, mavi xəzər,
Kef elə, gələn qonaqlar,
Gəlin, boldur restoranlar!

Manqal üstə bişir kabab,
Farel, kütüm, tava kabab,
Çox dadlıdır, olsun abad,
De gətirsin, yenə cənab!

Sən Bakının beşiyisən,
Əsən xəzri küləyisən,
Olur hərdən çırpınırsan,
Üz-gözündən öpürsən.

Ağ qağayilar tamaşadır,
Yemə gəlib, qaqqıldaşır,
Balıqlar, yemə çalaşır,
Mavi xəzərin sahilində!

Bakımız gözəl şəhərdir,
Qonaqlarını heyran edir,
Bir ulduz kimi parlayır,
Mavi Xəzərin sahilində!

ŞUŞA ŞƏHƏRİMİZ!

Azərbaycanın tarixi Qarabağ torpağı,
Həmişə bizim olub, bizimdə olacaq!
Vətənin üç rəngli, ay-ulduzlu bayrağı,
Şuşa şəhərində, əbədi dalğalanacaq!

O, 44 -günlük vətən muharibəsində,
Şanlı ordumuz, əlbə-yaxa döyüşündə,
Yağı düşmənin, dağ çəkdi sinəsində,
Azad olundu, bizim Şuşa şəhərimiz!

Kəsərik əlləri, heç kəs cürət etməz,
Kimsədə bayrağımızı, endirə bilməz,
Birdəfə ucalan bayraq, birdə enməz,
Yaşasın bizim tarixi, Şuşa şəhərimiz!

Qorxmaz, Tayib Ərdoğan cənabları,
O Türk xalqının şanlı-rəşadətli oğlu,
Böyük Türk millətinin arxasının dağı,
Söz verdi, Şuşada namaz qılmağı!

Gövhər Ağa məsçidi gozləyir bizi,
Gedərik ora, Ramazan bayramına,
Birlikdə ibadət edək, böyük Allaha,
Bizimlə qovuşdu, Şuşa şəhərimiz!

Toplayaq cıdır düzünə, oğlan-qızları,
Yallı gedək, Ərdoğan-İlham cənabları,
O dığa öyrənsin, necə yallı oynamağı,
Dünyaya səs salsın, Şuşa şəhərimiz!

Dahi bəstəkar, Huzeyir Hacıbəylini,
Murtuza Bülbülü, o ecazikar səsli,
Şayir-sərkərdələri, Vaqifi-Natavanı,
Sən böyütmüsən, Şuşa şəhərimiz!

Qarabağ torpaqlarına, sülh gəlsin,
Çiçəklənsin bağında, xarı bülbülün,
Yayılsın dünyaya sənin şöhrətin,
Muğamatın beşiyi, Şuşa şəhərimiz!

Millətin qüruru, qəhrəman İlhamı,
Ətrafında birləşdirdi, bütün milləti,
Yenidən tikəcək, dağılmış evləri,
Tez abadlaşacaq, Şuşa şəhərimiz!

SƏN AY DAĞLAR!

Ay duman gəl keç, bu dağlardan,
Ayırma məni, gozəl yaylaqlardan,
Azmayım, bu dumandan-çəndən,
Həsrət qallam, sənə ay dağlar!

Çəkil bir anlığa, mənimlə barış,
Açılsın üzün, görünsün örüş,
Gəzim oylaqlarını, qarış-qarış,
Mən vurğunam, sənə ay dağlar!

Mən aşiqəm, yurduna-yuvana,
Çəkilsə çən, çıxaram zirvənə,
Zülündəki, Tərlan ohlaqlarına,
Mən həsrətəm, sənə ay dağlar!

Dumana-çənə, bürünüb gəzərəm,
Bir ax çəkib, göz yaşları tökərəm,
Açılsın, dua edib, İlayidən istərəm,
Arzum-diləyimsən, sən ay dağlar!

Dumandan-çəndən, açıldı başın,
Göründü gözəl üzün, yaylaqların,
Çiçəklərlə bəzənibdir, hər tərəfin,
Çox gözəlsən, sən ay dağlar!

Mahnılar qoşdular, sənə şairlər,
Şeyir aləmindəki, o böyuk dahilər,
Səməd Vurğün, Zəlimxan yaqub-lar,
Oldun dillər əzbəri, sən ay dağlar!

Çiçəkli dağlar, təzə bar eyləyir,
Bəzənib gəlin kimi, naz eyləyir,
İlyasın səbri dükənib, gözləyir,
Çağır gəlim, sən ay dağlar!

DAĞLAR OĞLUYAM!

İnciyir canım, inciyir ruhum,
Eşidəndə, elə-belə yurdum,
Eşitməyim, artıq yoruldum,
Kimdir nankor, şoruşum!

Harasın deyim, Qarabağımı,
Masallı, Astara-Lənkaranımı,
Qubanı, yoxsa Zaqatalanımı,
Vurğunun diyarı, Qazaxımı!

Gül-çiçək, hər yan cənnətdir,
Xarı bülbul, bəs buradadır,
Balığı Xəzərə, bir şöhrətdir,
Nəərə balığı, çox dadlıdır!

Dünya şöhrətli, Nar diyarı,
Kürdəmir, yoxsa Göycayımı,
Tovuz, şəmkir xurmasımı.
Allah qorusun, hamısını!

Bakı buruqları, baş-başadır,
Abşeronda ucalır, əfsanədir,
Dükənməz nefti, yenə vardır,
Var olsun ölkəmiz, yaşadır!

Vətən, bu diyarları tapşırıb,
Bizlərə Ana olub, sığallayıb,
Hamımız bir olaq, birləşək,
Var olsun vətənimiz, deyək!

İlyas Eşqlioğluyam, itirmərəm,
Azərbaycan, onu dəyişmərəm,
Yolunda, canımdan keçərəm,
Gürcüstanlı, dağlar oğluyam!

ZƏLİMXANIM LAYLA!

Borçalı elində, gül bitmişdi,
Dilinin üsdündə dil bitmişdi,
İsdedadlı idi, İlahi vermışdi,
Atasıda ona, şair demişdi!

Sözlər bir-bir, düzülüb gəlirdi,
Şirin dilindən süzülüb gəlirdi,
Çalanda sazda, coşa gəlirdi,
Aşıqlarla, bəsə-yarışa girirdi!

Sən bulaqtək çoşub qaynadın,
Ürək oxşayan, çeyirlər yazdın,
Vətənə sevgiylə, alovla yandın,
Kim olduğunu, aləmə yaydın!

Ulduz idin, parıldadın getdin,
Haq şayiri idin, çağladın getdin,
Tək bizim yox, türk dünyasının,
Sinəsində alovu yandırıb getdin!

Bağrına basdın o telli sazını,
Yadına saldın, bu fani dünyanı,
Ölmünü söylədin, istədin vətəni,
Nəkam gedən, zəlimxanım layla!

Zalım fələk, heç heyfidə gəlmədi,
Qoymadı qocala, aman vermədi,
Susdurdu, bağrımızı qan eylədi,
Xalq şayiri, Zəlimxanım layla!

İlyasam, yamsılamaq istədim səni,
Tək yarandın, yenə eşıdim kəlməni,
Çal dilqəmi, dil deyim, ağlayım səni,
Elimin ğözəl oğlu, Zəlimxanım layla!

VAR HAMAMLIDA!

Sıx meşələr, qaynar bulaqlar,
Tərlanlı-cüyürlü, sıra dağlar,
Güllü-çiçəkli bağçalar-bağlar,
Göyçək qızlar, var Hamamlıda!

Çay, meşələrlə, dolanıb axır,
Söyüd köklərdə, oyltuqlar yapır,
Murça balıqları, girib yatışır,
Tutan oğullar, var Hamamlıda!

Tarixdən gəlir, şanı-şöhrəti,
Nər kişiləri, mərifət-hörməti,
Qara papaqlar, onun milləti,
Ata-Ana ruhu, var Hamamlıda!

Yolumu gözləyən, bircə bacım,
Yaş töküb ağlayan, iki gözüm,
Düşəndə yadıma, sızlar ürəyim,
İndim-əzəlim, var Hamamlıda!

Urəyimdə yaşayır, Ana yurdum,
İlyasam, vuruldum, aşıq oldum,
Saçlarım ağardı, yaşa doldum,
İndim-əzəlim, var Hamamlıda!

A ANA!

Yaradan xəlq edib, bağlıyıq sana,
Bizi yaratmaq üçün, gəldin cahana,
Sən bir yanasan, dünyada bir yana,
Sən olmasan, biz olmazdıq, a Ana!

Qoy körpəm böyüsün deyib, çalışdın,
Yatmadın, gecələri-gündüzə qatdın,
Böyütdün bizi, canından-can ayırdın,
Saçlarına dən düşüb-qocaldın, a Ana!

Möhdacam agaran, sənin ag saçlarına,
Bağrına-basan, qucaqlayan qollarına,
Tuc qazanda bişirdiyin, isti-süddaşına,
Yaman darıxmışam, sənin üçün, a Ana!

Şukür yaradana, bu ayrılıq olmayaydı,
Zalım fələk, balanı-anadan ayırmayaydı,
Kaş Anam sağ olub, bizmlə yaşayaydı,
Bizə səhərlər süddaş bişirəydin, a Ana!

Çox zəhmətlə, on uşaq böyütmüsən,
Qızıl ulduzun parlayır, qəhrəmansan,
İlyasa, qardaşın qızını, yar etmisən,
Canım-gözüm, sənə qurban, a Ana!

DOQQUZ QARDAŞ, BİR BACIM!

Yığışıb bir getdik, atamız evinə,
Bir-bir düzüldük, sıra cərgəsinə,
Şəkil cəkdirdik, tarix xatirəsinə,
Onu, doqquz qardaş, bir bacım!

Ziyarət etdik, Ata-Ana məzarını,
Qucaqladıq güllü, qara daşları,
Açıldı, sanki gülümsədi üzləri,
Ruhları sevinib, nura boyandı!

Zaman keçdi, pozuldu cərgəmiz,
Qardaşlar köç etdi, oradır yerimiz,
Hələ cavan idi, sıramızdaki ikimiz,
Canımız, Şaxvələtimiz-Nəsifimiz!

Ata-ananın dayağı, yanan çırağı,
Ekiz qardaşların, dağdir oylaqları,
Qoy Allah saxlasın, Əlləzi-Nəbini,
Unutmarıq həyatda, heç birini!

Muxtar ilə Sonadır, Ata-Anamız,
Doğma Hamamlı, Ana vətənimiz,
Elimizdə, Eşqılı çağrıldı Atamız,
Ata eşqiylə böyuduk, hamımız!

Atamızın arzusunu, elimiz bilir,
Anadan olanda, iki qurban kəsir,
Qardaşlar yanına, ziyarətə gəlir,
Sevimli bir bacımız, Nüyvərin!

Mən İlyasam, bəxtimlə barışdım,
Devran sürüb, orta yaşa çatdım,
Sevgi atəşi ilə, bu şeyiri yazdım,
Yaşa, doqquz qardaş, bir bacım!

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir