Qaraçuxurda yerləşən 318 nömrəli tam orta məktəbi bitirib.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Qiyabi təhsil almaqla yanaşı həm də əmək fəaliyyətinə başlayıb.
“Nurgun Motors”un filialında çalışır. Baş xəzinədar vəzifəsində çalışır.
Ailəlidir, 2 qızı var.
Leyla xanım həm də bədii yaradıcılıqla da məşqul olur.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunmuşdur.
Biz də Leyla xanıma bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!..
Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı
ZiM.Az
SƏN VƏ MƏN…
Daim yalan dedik bir birimizə,
Mən sevmədiyimi, sən sevdiyini.
Əslində məlumdur hər ikimizə,
Mən səni sevirəm sən özgəsini…
Agah etməsəm də sevirdim səni,
Sən isə daşürək bilirdin məni.
Unutmaq istərəm xatirələri,
Düşünmək istəmir bu gün dünəni…
Gələcəyi gözəl görmürəm sənsiz,
Yaşamaq istərmi ürək sevgisiz?!
Bilsəm ki, xoşbəxtsən məndən uzaqda ,
Mən də yaşayaram səssiz-səmirsiz…
Həyatım məhv oldu bilki o gündən ,
Heç razı deyiləm mən dünənimdən.
Silindi qəlbimdən yaşamaq hissi,
Başqası alarkən səni əlimdən.
Sevgini ilk dəfə səndən öyrəndim,
Ayrılıq da nədir, mən səndə bildim..
Kaşki nə sevginin, nə ayrılığın.
Acı kədərini öyrənməyəydim.
Həyatda ilk eşqim, ilk qəmim oldun,
Məni həsrət yolunda tək-tənha qoydun…
Sən mənə “Xoşbəxt ol” desən də gülüm…
Bilmədin xoşbəxtliyim təkcə sən oldun…
24.04.2023
SEVGİMİ NİFRƏTƏ ÇEVİRƏMMƏDİM…
Məni ağladaraq tənha qoysan da,
Kimsənin yerini tuta bilmədim…
Yaşlı gözlərimi yolda qoysan da,
Sevgimi nifrətə çevirəmmədim…
Yerini tutmağı coxsu istədi,
Ürəyim onları qəbul etmədi…
Məni aldatmağına qəzəblənsəm də,
Sevgimi nifrətə çevirəmmədim…
Məni sevdiyinə çox inansam da ,
Bu inamım bir sevincə dəymədi.
Sənə olan ümidimi yox eyləsən də,
Sevgimi nifrətə çevirəmmədim…
Yaz olan ömrümə qış gətirsən də,
Çovğun səni qəlbimdən silə bilmədi…
Gedib başqasıyla sən evlənsən də,
Sevgimi nifrətə çevirəmmədim…
Həyatımdan çox səni sevsəm də,
Məhəbbətim səni mənə verə bilmədi.
Bütün sözlərində yalan desən də,
Sevgimi nifrətə çevirəmmədim…
24.04.2023
SEVGİNİN SON HEKAYƏSİ…
Sənin sevinməyin mənimçün yetər,
Bilsəm sən xoşbəxtsən dərdlərim itər.
Görünür həqiqi sevmişəm səni,
Səndən başqa dərdimi söylə kim bilər…
Ayrıldıq heç bir şey edə bilmədim,
Evləndin yenə də heçnə demədim…
İndi körpən olub daha susmuram,
Çünki varlığını mən də duyuram…
İşə bax İlahi, bir zaman mənim,
Ümidim olan kəs indi atadır..
Bir vaxtlar atmaram deyən sevgilim,
İndi öz evində uşaq oynadır…
Həyatımı qurban edərdim sənə,
Səninçün yaşadım bu ömrü inan…
İndi günahımı vermərəm sənə.
Çünki sevgin yalan, mənliyin yalan..
Yalandan gülmək necə çətinmiş,
İnsanlar içində sevincliyəm mən.
Dərdlinin dərdini çəkən bilərmiş,
Artıq özümü də aldadıram mən.
İndi ağlamaq da istəmir gözüm,
Görünür məndən çox onlar yorulub.
İstədim dərdimi onlarla bölüm,
Axı bir vaxt sənə də onlar vurulub.
Güzgüyə baxmağa indi qorxuram,
Çünki gözlərimdə sevgin var hələ.
Eşqimi içimdə cantək boğuram,
Mən də yaşamağı sevirəm hələ.
24.04.2023
TƏK VARLIĞIMSAN…
Nə yaxşı səninlə tanışlığım var,
Nə yaxşı adını bilirəm sənin.
Mümkünmü bir qəlbə iki qəlb sığa?!
Ürəyim sənindir bilki tək sənin.
Hərdən oturub düşünürəm ki,
Yanında olanlar necə xoşbəxtdir.
Amma həqiqəti həmişə bilki,
Heç biri mənimtək həsrət deyildir.
Mən səni sevirəm ancaq nə fayda,
Gözüm ki, gözünə həsrət qalıbdır.
Dərdli görməmişəm hələ mən boyda,
Dərdlərim mənimlə dosttək qalıbdır.
Səni unudmaq da istəmirəm mən,
Çünki sən sevgimin tək ünvanısan.
Məni aldatsan da, unutsan da sən,
Bircə bunu bilki, tək varlığımsan..
24.04.2023
TƏNHALIQ…
Sevincim, kədərim bilinmir mənim,
Gülüşlə yoğrulub sanki dərd-qəmim.
Birinin yoxluğu görünsə əgər,
Digəri onunla yox olub itər.
Gecələr olmasa səhər bilinməz ,
Qısaca sevinclə dərdlərim itməz .
Sənin yoxluğunda çəkdiyim həsrət,
Dünyanın dərdindən fərqli bilinməz.
Kədər hər insana bir cür paylanır,
Ağlayanda birsə, güləndə mindir.
Gözlərim səninçün elə ağlayıb,
Rəhmin varsa sən də sevgini bildir.
24.04.2023
MƏN
Səni düşünmədən günlərim keçmir,
Ağlım yaxşını, yamanı seçmir.
Ürək döyüntüsün saxlayıb yəqin,
Mənə bir söz demir, bir yol göstərmir.
İnsanlar yaşayır xoşbəxt günlərçün,
Arzu fikirləri buna doğrudur.
Mənsə yaşayıram təkcə səninçün,
Çünki bütün dünyam sənlə doludur.
Sən mənim deyilsən bu açıq-aşkar,
Bəs nə istəyirəm? Nə gözləyirəm?!
Ovu əldən çıxan axtarar şikar,
Mənsə keçmişimi əzizləyirəm.
Bilirəm boş fikir, boş xəyallardır,
Boş arzu-istəkdir məni yaşadır.
Bunu eşidənlər gülüb deyirlər,
“O indi evində uşaq oynadır”.
24.04.2023
KEÇMİŞ SEVGİM
Səni düşünürəm yenədə səni,
Allahım nə dərddir salmısan məni..
Əgər ki, yoxdursa bu işin sonu,
Niyə gözləyirəm köhnə həmdəmi?!
Niyə mən özümü hey aldadıram,
O keçən yollara onsuz baxıram.
Bilirəm qayıtmaz o, bu yollardan,
Yenə də özümlə mən bacarmıram.
Bir başqa acıdır ümidsiz olmaq,
Tək-tənha gül kimi saralıb solmaq.
Mən indi arzumu unutmalıyam,
Çünki arzum budur… Səninlə olmaq…
Ömür kitabını vərəqləyərkən,
Ondan bir nişanə, bir iz görmədim.
Çünki mən keçmişdə onu sevərkən,
O bir vəfasızdır bunu bilmədim…
İndi nə xatirən var… nədə ki bir iz,
Yaşayıb-öləcəm bu ömrü sənsiz…
24.04.2023
SÖYLƏMƏDİYİM SÖZLƏR
“Sevirəm” sözü yaman çətinmiş,
Bunu sevdiyimə deyə bilmədim.
Ürəyim onsuzda təkcə sənindir,
Yenədə üzünə deyə bilmədim.
Səninlə olarkən ayrı bir mənəm,
Özüm də özümü görə bilmirəm.
Elə ki , ayrıldıq səninlə bir vaxt,
Ayrı bir insanam, niyə bilmirəm?!
Sənli keçmişimi unutsam, gərək,
Sənsiz gələcəyə bir salam verim.
Gəl birgə illəri yollara səpək,
Mən də vəfalı bir insanı sevim.
Sevimmi?!Səncə bu mümkün olarmı?!
Ağılım desə də ürək eşitmir,
Sənin sevgin məni azad qoyarmı?!
Guya yaşayacam? Hələ bilinmir.
Yaşasam nə fayda… Qəmli kədərli,
Günlər bir birini əvəz eyləyir.
Gözlərim arayır sənli günləri,
Ürəyim içimdə qübar eyləyir.
Sevirəm mən səni, sevirəm yenə,
Mənlik deyilki bu, vurğunam sənə.
Ağılım inkar etsədə bunu,
Ürəyim tabedir sənin qiblənə..
24.04.2023
SƏNİN TOYUN
Ürəyim darıxır dərd içindəyəm,
Dərdimə bir çarə tapa bilmirəm.
Əslində çarəsi sənsən dərdimin,
Səndən də bir çarə yoxdur görürəm.
Getmək istəyirəm burdan uzağa,
Daşıya bilmirəm bu dərdi daha.
Sənin vermədiyin dərdi-kədəri,
Xatirən göstərir sənsiz qalanda.
“Mənimlə evlənmək”… bu idi arzun,
Bəs necə həmin gün toy etdin görən?!
Rahatca badələr qaldırdı qolun,
Axı həmin toya gəlməmişdim mən…
Gəlinsiz keçdimi toyun görəsən?
Bəs niyə mənə bir xəbər vermədin?!
Mən gözləyirdim ki, bir söz deyəsən,
Bəlkə də utandın deyə bilmədin.
Doğrusun qoy deyim…uşaq deyiləm,
Başqa bir gəlin vardı yanında.
Mən düşünürdüm ki, məni sevirsən,
Sən demə çəpərdim sənin yolunda.
Həmin qız yanında oturan zaman,
Ürəyinə bir iz sala bildimi?!
Mənə dediyin sözlərki vardı,
Bunları ona da deyə bildinmi?!
24.04.2023
SEVGİMİZİN DƏRDİ
İnan ki, ayrılıq yaraşmaz bizə,
Fərqli eşqimizi yoruruq daha.
Allah fürsət verib hər ikimizə,
Günahdır, atmayaq onu havaya.
Sənsiz dəqiqələr yaşanmır inan,
Axı hansı yolla sübut eyləyim?
Ehtiyac duyduğum təkcə inamdır,
Kaş ki, bunu səndən ala biləydim..
Axı bu əzablar nə vaxt bitəcək?
Əzablar içində batmışam daha,
Görəsən xoşbəxt gün nə vaxt gələcək?
Axı dözmür ürək bu dərd-məlala…
24.04.2023
SƏN
Sənsiz bu dünyanı istəmirəm mən,
Marağı, mənası sənsən dünyamın.
Mən özüm deyiləm, mən də bir sənəm,
Səninlə yarandı ruhu canımın.
Döyünən ürəyin səbəbi sənsən,
Göz yada baxarmı sən olan yerdə?!
Sənsiz çarəsizəm, ümid kimisən,
Aldığım nəfəs də sənin əlində.
Qaranlıq dünyama işıq gətirdin,
Soyuq ürəyimi isidə bildin.
İndi fikirləş ki, əgər olmasan,
Yaşamaq nə demək?! Deyəsən bildin.
24.04.2023
SƏNİN GEDİŞİN
Bir anlıq sevincə dəyərmi həyat?!
Mənə çox gördün sənli günləri,
And içdin, söz verdin, inandım, bildin,
Sən isə yenə də tək qoydun məni.
Arzu diləməkdən uzaqlaşmışam,
Axı nə diləyim? Nə istəyim mən?!
Hansı bir arzuma rahat çatmışam?
Daha çətinliyə dözə bilmirəm.
Sənə bağlamışdım bütün qəlbimi,
Arzum da sən idin, diləyim də sən.
Mənə qaytarmışdın sən sevincimi,
Axırda əlimdən alanım da sən…
24.04.2023
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın