Rəsmi Youtube kanalı: https://www.youtube.com/RuslanİbrahimliOfficial
Rəsmi Facebook hesabı: https://www.facebook.com/ruslanibrahimli1999
Rəsmi İnstagram hesabı: https://www.instagram.com/ruslanibrahimli.official/
Biz də Ruslan İbrahimliyə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Zemfira AYVAZOVA,
“Borçalı” nəşriyyatının İstanbul təmsilçisi
ZiM.Az
Söylə
Yaz ki, narahat olmayım
Bilimki yaxşısan, səndən nigaran qalmayım.
Bilmirəm, aydanmı gəlmisən yoxsa günəşdənmi?
Söylə..
İndi necə
Xoşbəxtsənmi?
Yadıma düşdün birdən-birə
Səsini eşitmək üçün söylədiklərim bəhanə.
Mən xəstə oldum
Sən sağalmağıma vasitə.
Söylə yenə çox sevirsənmi səsimi?
İndi necə
Üzünü görə bilərəmmi?
Gül görsən qoparma, qoy qalsın!
Ürəyin güllər bağçası
Ürəyindən bir gül ver mənə, məndə qalsın.
2019
Hardasan?
Gözləri bənzərsiz olan sevgilim
Söylə, hardasan?
Məni Müşfiq edən Dilbər
Şəhriyarın, Təbrizi gözəli hardasan?
Başqasına gülmə
Gülüşün mənim olsun.
Toxundurma saçlarına başqa əlləri
Saçın mənim əlimdə sığali olsun.
Xatırlar səni bu cismi gənc, ruhu qoca
Edər səhər-axşam sənin üçn dua.
Gülüm, çiçəyim
Ayım, günəşim hardasan?
2020
Rəssam çəkə bilməzsən!
Rəssam sən çəkə bilməzsən,
mənim sevdiyimin rəsmini.
Çəkə bilməzsən ona küləyin sığal çəkmiş saçını-telini
Bilməzsən onun sevgi dolu baxışlarını, ürkək səsini.
Sən bilməzsən o necə gülür, gülüşü adi gülüş deyil
Gülüşünü təsvir etməyin heç mümkün deyil.
Çəkə bilməzsən onun göz yaşlarını,
üzülməyini, darıxmağını
Çəksən sığdıra bilməzsən potretinə
onun ağrısını, acısını.
Sən bilməzsən onun mərhəmətini,
gözəl sözlərini, şirin dilini
Sən bilməzsən onun nazını çəkməyi,
sevinib, əsəbləşməyini.
Rəssam mənə qızıl gül çək, sonra isə saxla əl-qolunu
Verim ona rəsmini üzü gülsün,
gözləməsin çox mənim yolumu.
2021
Yağış
Burada yenə yağış yağır
Hərdən çoxalır,
Hərdən azalır…
Bilirsən necə yağış?
Sən sevdiyindən.
Damlalar axır yerə dən-dən.
Dəli deyirlər çıxmışam çölə,
Dəli deyirlər bunlar indi mənə.
Bilmirlər ki, sevgi nədir? sevmək nədir?
Yağış nədir? Hüzur nədir?
2021
İNANMIŞ VƏ ALDADILMIŞ
Bəs deyirdin sevgi həmişə qalib gəlir?
Yadındadır necə inandırmışdın məni özünə?
Bəs görüş yerimiz yalnız bizim üçün idi?
İndi isə başqa cütlüyün məkanadır oralar…
Hələ də fikirləşirəm görəsən kim idi axmaq?
Mən yoxsa məni aldadan?
Sənə inanan yoxsa məni inandıran?
Hərdən fikirləşirəm,
bəlkə də heç qarşılaşmazdıq səninlə.
Daha yaxşı olmazdımı?
yenə hər kəs öz yolunda olardı.
Sevginin müqəddəsliyindən istifadə edib,
mənə yalan danışmazdın…
Yazarın əsərindəki tək və
aldadılmış bir insan olacam mən.
Sözün bitdiyi yerdəsən, tam bir şərəfsiziymişsən sən.
2022
Məzardakı qardaşıma
Sənə mən qardaş demişəm
Sevgiyə güvənmə söyləmişəm.
Səni sağ bilib, sənlə görüşmək istəmişəm
Demə getmisən dünyadan, bunu mən heç bilməmişəm.
Qardaş biz insanıq, gərək insanı sevək
Əgər olmasa doğru insan, o zaman həyatımızı sevək.
Nə gərək var idi ki, gedəydin bu gözəl dünyadan?
Adaşım, olmaz axı gənc yaşında torpaq altda yatasan.
Söylədim sənə qardaş, niyə belə kədərlisən?
Yoxsa sənidəmi incitdi dünya, səndəmi sevgisizsən?
Səndə dedinmi heç, dünya sən niyə belə sədaqətsizsən?
Günahsızın canına qıydıracaq qədər ədalətsizsən.
Mənim şikayətim var, sənin vəfasız yarından..
Aldı səni bizim həyatımızdan, sən getdin dünyadan.
Səni sevənlər gözü yaşlı qalıb, indi darıxır sənsiz..
Sənin yarın isə yaşayır, davam edir həyatına sənsiz.
Heyif sən görmədin bunu, sən hal-hazırda şikayətsizsən..
Məhşər günü dilə gəlib, səndə deyəcəksən.
Kimin sevgisi doğru imiş, bizə bunu göstərəcəksən,
Ölümünün səbəbkarını bizə sübut edib, söyləyəcəksən.
Yarına göstərdin və dedin ki,
sevmək üçün belə cəsarətsizsən.
Sənə layiq olsaydı o, qız indi toyun idi,
İndi səni sevənlər qəbrinin üstündə deyil,
toy məclisində idi.
Biz bilirik o, qəbahətlidi sən isə qəbahətsizsən,
Sən ədalətsiz sevginin ən haqqlı şahidisən.
Yarını görüncə, deyəcəm ay qız sən nə şərəfsizsən,
Ölümünü eşidəndə qopdu tufanım, dayandı zamanım,
Elə bildim şəhid olmaq arzuna çatmısan, dedim amanım.
Sən demə səni öldürən düşmən gülləsi deyil,
sevdiyin qızıymış qardaşım,
Məyərsə öz qatilin düşmən deyil,
səni sevməyən sevgilinmiş qardaşım.
2022
Qorqud dədəmə məktub
Dədə bilirsən nə qədər ehtiyacımız var sənə?
Dünya dönüb çarxı fələk, heç kəs almır vecinə.
Dədə gəl bunların başına biraz ağıl qoy
Qohumda-qonşuda tutur adama toy.
Dədə bunlar guya müassirdi, biz geridə qalmışıq
Şükür onlar kimi hələ qeyrətdən uzaqlaşmamışıq.
Dədə bığ-saqqalını yaxşı göstər indiki ağsaqqalara
Qoy baxmasınlar pis gözlə arvad-uşağa.
Dədə qadan alım qopuzunda bir musiqi çal
Qoy utansınlar musiqimizi korlayanlar, qalsınlar lal.
Dədə gələndə çoxlu türkü gətir
Gəl səsi olmayan müğənnilərin səsini kəsdir.
Dədə sən gedəndən,yurdumuzdan yad ellərə yönələn var
Paraya şirnikib, yurdundakılara qıyan var.
Dədə daha dinləmirlər insanların sözlərini
Həm karlaşdırıblar, həm korlaşıbdırıblar özlərini.
Öz dövrünün xatunlarının alnından öp dədə
İndikilərin çoxu təbii gözəl deyil,
oxşadıblar özlərini bir-birlərinə.
Dədə indi kişilər yenə mərddir, igiddir
Vətən oğullarımız çox qeyrətlidir.
Dədə gələndə görsən mini ətək namərdləri
Bil ki, yalnız qəbir düzəldə bilər qozbeli.
Dədə qurban olum biraz tez gəl
Bəlkə olarsan sən bunlara əngəl.
2022
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın