Gülnarə xanım 2009-cu ildə “Orta və Son Pleystosendə Kiçik Qafqazın təbii şəraiti və insan paleoekologiyası” mövzusunda dissertasiya işini müdafiə edərək, coğrafiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Elmi tədqiqatları coğrafiyanın geomorfologiya, paleocoğrafiya, paleoekologiya, insan ekologiyası, landşaftşünaslıq, landşaftların transformasiyası, landşaft ekologiyası və. s sahələrinə həsr edilir.
Gülnarə Əhmədova 2015-ci ildə Bakı şəhərində “Coğrafiya nəzəriyyəsi, praktika və innovasiya” mövzusunda konfransda, 2017-ci ildə Lənkaran şəhərində “Regionların demoqrafiq inkişafı” mövzusunda konfransda, həmin il Madrid şəhərində keçirilmiş beynəxalq seminarda və konfransda, yenə də həmin il Bakıda “Şollar-Bakı-Su Qurğuları. Kompleksinin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransda və bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Gülnarə Əhmədovanın “Üst Pleystosendə Kiçik Qafqazın təbii şəraiti və insan paleoekologiyası”, “Orta Pleystosendə Kiçik Qafqazın bitki örtüyü” “Böyük Qafqazın Cənub-şərq yamacında otlaq-biçənək landşaftlarının tranformasiyasına məskunlaşmaların təsiri” və başqa elmi əsərləri coğrafiya elminin inkişafına dəyərli töhfələrdir.
Gulnarə Əhmədova 2022-ci ilin noyabrında “Editor.az” saytında dərc edilmiş “Zəfər tarixin mübarək, Azərbaycan!” adlı publisistik məqaləsində bir elm adamı kimi zəfərimizlə, qəhrəmanlarımızla bağlı öz fikirlərini doğru və dəqiq şəkildə təcəssüm etdirmişdir.
Gülnarə Əhmədova BDU-nun Fiziki-coğrafiya kafedrasının müəllimidir. “Azərbaycanın geomorflogiyası”, “Ümumi geomorfologiya”, “Qafqazın fiziki coğrafiyası”, “Geomorfologiyanın əsasları”,
“Xəzərin fiziki coğrafiyası” fənlərindən mühazirə və məşğələ dərsləri aparır.
2022-ci ilin aprel ayında Universitetin Ümumi coğrafiya Fakultəsinin III kurs tələbələri müəllimlər – Gülnarə Əhmədova və Polad Orucovun rəhbərliyi ilə Lənkaranda çöl-tədris təcrübələrində olublar. Təcrübə zamanı “Xəzərin fiziki coğrafiyası” fənnini daha yaxşı mənimsəmək üçün tələbələr “Hirkan Milli Parkı”nda, “Xanbulan gölü”ndə dənizsahili ərazilərin relyefi, təbiəti, fauna və florası ilə yaxından tanış olublar. Təcrübə zamanı tələbələri maraqlandıran mövzularda müzakirələr aparılıb.
Redaksiyamızın rəhbərliyi və kollektivi adından Gülnarə Əhmədovaya elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
Yunis Qaraxanlı,
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın