ŞƏRQİYYƏ SEYİDOVA: “VƏTƏNİMDİR, VƏTƏNİM” » ZİM.Az


ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"
ŞƏRQİYYƏ SEYİDOVA
“Şanlı Azərbaycan”
televiziyasının
təsisçisi və prezidenti

VƏTƏNİMDİR, VƏTƏNİM

Yağıdır yanın-yörən,
Kimdir saçımı hören?
Mənə səadət verən,
Vətənimdir, vətənim.

Onu canımtək sevim,
Onu kim qarğıyar, kim?!
Mənim əbədi evim,
Vətənimdir, vətənim.

Günəşim də, Ayım da,
Baharım da, yayım da,
Mənim sevgi payım da,
Vətənimdir, vətənim.

Ey Vətən, canımsan sən!
Yolunda qurbanam mən.
Məni xoşbəxt böyüdən,
Vətənimdir, vətənim.

AZƏRBAYCANIM MƏNİM

Bülbül kimi ötənim,
Yolum üstə bitənim,
Sənsən mənim vətənim,
Şöhrətim-şanım, mənim,
Azərbaycanım mənim.

Tanrım, məni oyat da,
Dədəm, məni soyadda.
Sənsiz heçəm həyatda,
Ürəyim, canım mənim,
Azərbaycanım mənim.

Kim çatar mənə, de, kim?
Sözlə dolub ürəyim.
Ən ülvi məhəbbətim,
Ən şirin anım mənim,
Azərbaycanım mənim.

O səs mənim səsimdi,
Haqqa yetmək bəsimdi.
Nəbzimdi, nəfəsimdi,
Damarda qanım mənim,
Azərbaycanım mənim.

SƏNİN ADIN BÖYÜKDÜR

Allahım, nə xoşbəxtəm…
Seni çox sevirəm, çox.
Sənin adın böyükdür,
Səndən böyük kimsə yox.

Qadirsən hər şeyə sən,
Padşahlıq əlindədi.
Daha paxıllıq, nifrət,
Pislik bilmirəm nədir.

Səni tapandan bəri,
Qəlbim məhəbbət doğur.
Şeytanı öz içində,
Öz xəyanəti boğur.

Şükr kərəminə ki,
Bizi bağışladın Sən.
Bundan sonra qoynunda,
Xoşbəxt yaşayacam mən.

MƏNİM GÖZƏL ALLAHIM

Könül bağımda şahsan,
Mənim gözəl Allahım.
Ürəyimə güc ələ
Mənim gözəl Allahım.

Dağın üzü çənədir,
Ömür də bir binǝdir.
Ümidim tək Sənədir,
Mənim gözəl Allahım.

Arzular qoşun-qoşun,
Ruhu solur tək quşun.
Üstündə eşq var daşın,
Mənim gözəl Allahım.

Ruhum uçur Günəşə,
Həyat işıqlı guşə.
Dilimdəsən həmişə,
Mənim gözəl Allahım.

İLHAM ƏLİYEV

Prezidentimizə həsr edirəm

Bu xalqın başı üstdə,
Varsan, İlham Əliyev.
Sən işıqlı bir gündüz,
Nursan, İlham Əliyev.

Səni çox sevir bu xalq,
Sən xalqı çox sevirsən.
Sənə maneə olur,
Bu düşməni devir sən.

Heç vaxt tək qoymaz, inan,
Vətən səni, el səni.
Bu xalq darda dayağın,
Olacaqdır bil, sənin.

SƏNİN GƏLİŞİNLƏ

İ.Əliyevə həsr olunur

Sənin gəlişinlə bu xalq,
Səadət yoluna çıxdı.
Xoşbəxtliyin çiçəyini,
Hamı sinəsinə taxdı.

Sən gəldin, ölkə şad oldu,
Sən gəldin, torpaq sevindi.
Bilirik ki, Qarabağı,
Alacaqsan həmən, indi.

Vətən səni alqışlayır,
Bu xalq sənə arxayındı.
Qarabağda Vətən qalıb,
O Vətən sənin payındı…

Qurtaracaqsan sən onu,
Bu xalq sənə inanır, bil.
Bilirik ki, Qarabağa,
Dönəcəyik bu ay, bu il!

SEVİMLİ PREZİDENT

Ölkə başçısı cənab İ.Əliyevə həsr olunur

Sevimli prezident,
Sənə dayaqdır bu xalq.
Sən tək deyilsən, əsla,
Arxanda dağdır bu xalq.

Atdığın addımların,
Uğuru sevinc doğur.
Sənin düşmənlərini,
Sənin qələbən boğur.

Haydı, durma, irəli,
Arxanca gəlir bu xalq.
Kimin kim olduğunu,
Çox yaxşı bilir bu xalq.


ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.





Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir