Ad Günün Mübarək, HƏMİD ORMANLI!.. » ZiM.Az

Bu gün əziz və dəyərli
dostumuz-qardaşımız,
tanınmış publisist,
çox hörmətli
saz-söz bilicisi
Həmid Ormanlının
Ad günüdür!.
Həmidi ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və yeni-yeni uğurlar
arzulayırıq!..

Müşfiq BORÇALI,

ZİM.Az

 

Həmid Bayram oğlu Qa­ralov  – 1982-ci il yanvarın 15-də qə­dim Borçalı mahalının Başkeçid adlanan əsrarəngiz gözəl cənnət bir məkanında – indiki Gürcüstan Respublikasının Dmanisi rayonu­ndakı Or­­meşən kəndində anadan olub.

Azər­­baycan Texniki Uni­versitetində texnaloji sənaye ma­­­şınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002).

2002-2003-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib.

2004-cü ildə ARDNŞ-nin “Azərneftyağ” Neft
Emalı Za­vo­dun­da
nəzarətçi vəzifəsinə işə düzəlib və qısa vaxt ərzində
nə­zarətçilərin növbə rəisi vəzifəsinədək yüksəlib.

Hazırda mexanik vəzifəsində çalışır.

Saza-sözə dəyər verən, sazın-sözün vurğunu olan Həmid Ormanlı
həm də bu qədim el sənətinin bilicisi kimi tanınır.

1997-ci ildən mütəmadi olaraq dövrü mətbuat orqan­la­rında poetik və publisistik yazılarla çıxış edir.

O, həm də 2007-ci ildən “Ba­kı-Ceyhan” qəzetinin Baş re­dak­torudur.

(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild. Bakı, “Borçalı”, 2016, səh. 739)

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir