TƏBRİK EDİRİK!..
Bu gün – dəyərli ziyalımız,
tanınmış iqtisadçı-alim,
UNEC-in Fəxri professoru,
çox hörmətli
ictimai xadim
Əli Vəli oğlu Hacıyevin
75 yaşı tamam olur.
Dəyərli eloğlumuzu
yubileyi münasibəti ilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
***
Əli Vəli oğlu Hacıyev – 1949-cu il martın 13-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində ziyalı ailəsində anadan olub.
1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirib.
Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universitetinə) daxil olub.
1970-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun «Sənayenin iqtisadiyyatı» fakultəsini bitirib.
İnstitutu bitirdikdən sonra bir müddət laborant vəzifəsində çalışıb, eyni zamanda aspiranturada təhsilini davam etdirib.
1974-cü ildə aspiranturanı bitirib və həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Elmi şurasında namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə edib,
iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Elmi tədqiqatla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Əli Hacıyev bir müddət Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Politexnik İnstitutlarında iqtisadiyyat fənnindən dərs deyib.
1976-1983-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim və kafedra müdiri vəzifələrində çalışıb.
1980-ci ildə dosent seçilib.
1983-cü ildə ona AAK tərəfindən dosent elmi vəzifəsinin diplomu verilib.
Ə.Hacıyev 1983-1987-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetin) «İqtisadi nəzəriyyə» kafedrasında dosent vəzifəsində çalışıb.
1987-ci ildən etibarən isə elmi-pedaqoji fəaliyyətini yenidən UNEC-də (Azərbaycan Dövlət İqtisad Universitetində) davam etdirməyə başlayan Əli Hacıyev müxtəlif dövrlərdə universitetin «Müəssisənin iqtisadiyyatı» kafedrasının dosenti və bu kafedranın müdiri vəzifəsində çalışıb.
Ə.V.Hacıyev 2000-ci ldə UNEC-in «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı» fakultəsinin dekanı seçilib və 2008-ci ilədək həmin vəsifədə şərəflə çalışıb.
2009-2014-cü illərdə UNEC-də «Marketinq» kafedrasının müdiri olub.
2014-2020-ci illərdə UNEC-də «Müəssisənin iqtisadiyyatı» kafedrasının müdiri işləyib.
Onun 100-dən artıq elmi məqaləsi, tədris-metodiki və tərcümə olunmuş tədris vəsaitləri dərc olunub.
2019-cu ilin martında dosent Əli Vəli oğlu Hacıyevə Elmi Şuranın qərarı ilə UNEC-in Fəxri professoru adı verilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Vəli oğlu Hacıyev “Tərəqqi” medalı ilə təltif edilib.
Əli Hacıyev hazırda UNEC-in “İqtisadiyyat” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Biz bir daha
dəyərli ziyalımız,
sevimli eloğlumuz,
tanınmış iqtisadçı-alim,
UNEC-in Fəxri professoru,
çox hörmətli
ictimai xadim
Əli Vəli oğlu Hacıyevi
75 illik yubileyi
münasibəti ilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Bir cavab yazın