Fatma Yıldırım: “Prezidentin Xankəndidə Novruz tonqalını alovlandırması tarixi hadisədir” » ZiM.Az

 

“Azərbaycan Prezidenti

İlham Əliyev tərəfindən

Xankəndi şəhərində

Novruz tonqalının a

lovlandırılması

tarixi hadisədir.”

Bunu ZiM.Az-a açıqlamasında

Milli Məclisin deputatı

Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu hadisə böyük mənəvi və siyasi əhəmiyyət kəsb edir:
“Çünki 30 ildən çox idi ki, Xankəndi erməni separatçılarının nəzarətində idi. 30 il idi ki, doğma Qarabağımızın həsrətindəydik. Ən böyük arzumuz bu torpaqlara qayıtmaq idi. Hər il Novruz bayramında da əsas arzumuz bu idi iki, inşallah növbəti il bayramı doğma Qarabağımızda qeyd edək. Şükürlər olsun ki, bu arzumuz da gerçəkləşdi. Bizə bu qüruru, bu sevinci müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla şanlı Ordumuz, qəhrəman hərbçilərimiz yaşatdı. Bu torpaqlar şəhidlərimizin qanı ilə sulanıb. Bizim doğma Qarabağa qayıtmaq arzumuzun gerçəkləşməsi üçün onlar canlarını qurban verdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Həqiqətən də, ordumuz əsl qəhrəmanlıq salnaməsi, dastanı yazdı. Hərbçilərimizin qəhrəmanlığının nəticəsində vaxtilə işğal altında olmuş bütün torpaqlarımızda bu gün Novruz tonqalı yandırılır. Artıq bu torpaqlar öz sahiblərinin qayıdışına sevinir. 2021-ci ilin Novruz bayramında cənab Prezident Novruz tonqalını 30 illik fasilədən sonra doğma Şuşamızda alovlandırdı. Bu çox qürurverici idi!”.

Deputat qeyd edib ki, builki Novruz tonqalının Xankəndi şəhərində yandırılması isə xüsusilə vurğulanmalıdır:
“Çünki bu qədim şəhərimiz uzun illər idi ki, erməni separatizminin yuvasına çevrilmişdi. Hələ münaqişədən əvvəl də – sovetlər hakimiyyəti dönəmində ermənilər bu şəhərdə üstünlüyü ələ almışdılar, azərbaycanlıları həmişə sıxışdırırdılar. İmkan vermək istəmirdilər ki, Xankəndidə azərbaycanlılar yaşasınlar, işləsinlər. Ona görə də, o dövrdə şəhərdə ermənilər üstünlük təşkil edirdi. Hansı ki, Xankəndi qədim Azərbaycan torpağıdır. Prezidentimizin dediyi kimi, hətta sovet dövründə əhalinin sayı baxımından ermənilər üstünlük təşkil etsə də, bu şəhərin qurulmasında azərbaycanlıların rolu böyük olub. Amma ermənilər hər şeyi öz adlarına çıxmaq istəyirdilər. Tarix isə öz sözünü deyir, haqq-ədalət gec-tez öz yerini tapır. Bugünkü real mənzərə də bunu təsdiqləyir. Xankəndi şəhərinin mərkəzi meydanına “Zəfər” meydanı adı verilməsi həm ədalətin bərpası, həm də müəyyən dairələrə mesajdır. Bütün xalqımız əmindir ki, ildən ilə bu torpaqlar daha da gözəlləşəcək, bayram tonqalları daha çox yandırılacaq, bayram şənlikləri daha tez-tez keçiriləcək. Azərbaycan xalqı bu torpaqların sahibi olaraq azad və firəvan yaşayacaqlar”.

Fatma Yıldırım deyib ki, Prezident İlham Əliyevin Xankəndidə xalqa Novruz bayramı təbrikində antiterror tədbirlərinin keçirilməsinin səbəbləri haqqında da fikirlərini bölüşdü: “10 noyabr üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində Ermənistan hərbi birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Ermənistan və onun vaxtilə Qarabağda yaratdığı qanunsuz rejim davamlı olaraq hərbi təxribatlar törədirdi. Bu da dövlətimizin suverenliyinə və əhalinin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Dövlətimizin sülh və reinteqrasiya çağırışına isə qarşı tərəf əməl etmirdi. Bütün bunlara görə rəşadətli ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlər keçirdi. Halbuki Ermənistana dəfələrlə xəbərdarlıq edilmişdi ki, təxribatçı əməllərinə son qoysun, razılaşmalara əməl etsin. Lakin erməni tərəfi kimlərə arxalanıb təxribatlarını daha da artırmağa başlamışdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Belə də oldu! Dövlətimiz beynəlxalq hüquqa əsaslanaraq işğalçı erməni hərbi birləşmələrini və separatçı rejimin hərbi dəstələrini antiterror tədbirləri sayəsində zərərsizləşdirdi. Ermənistan Xankəndi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm yuvasına çevirmişdi. Burada qanunsuz “prezident”, “parlament” seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər, daha doğrusu gətirildilər. Onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəklər. Antiterror tədbirləri nəticəsində mənim ata yurdum olan Malıbəyli kəndi də separatçılardan təmizləndi. Mənim uşaqlığım Xankəndidə, Malıbəylidə keçib və çoxlu xoş xatirələrim var. Televiziya vasitəsilə kəndimizin erməni vandalları tərəfindən dağıdıldığını görmək çox ağrılı oldu. Cənab Prezident Malıbəyli kəndini də ziyarət edib, kəndin bərpası ilə bağlı tapşırıqlar verib.
Hazırda bu istiqamətdə sürətli işlər gedir, kəndimiz bərpa olunur. Bütövlükdə, bu gün doğma Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. Artıq Böyük Qayıdış başlayıb. Bu gün Xankəndi, Xocalı və digər ərazilər bərpa olunur. Separatçıların tikdikləri binalar sökülür, onların yerində yeni binalar tikilir. Bütün bunlar qüuruvericidir.
Azərbaycan xalqı əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər. Mən bütün xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qazanılan zəfərlər Azərbaycan xalqının qəhrəman xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Biz inanırıq ki, qarşıdakı dövrdə də yeni-yeni zəfərlərimiz olacaq”.

ZiM.Az

 

 

 

 

Загрузка. Пожалуйста, подождите…

 

 

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir