MÜŞFİQİN “BAĞI”

“Ədəbiyyat bağı”mızın ən dəyərli barı, yaratdıqlarının ömrü öz ömründən daha uzun olan dahi şair, daim gənc Mikayıl Müşfiqin dünyadan köçməsindən 86 il ötür.

1908-ci il iyunun 5-də anadan olan şair 6 yanvar 1938-ci ildə dünyadan cismən köçmüşdür.

29 illik bir ömür müddətində  geridə böyük mədəni irs qoyub gedən Müşfiq daim xalqın yaddaşında yaşayır və yaşayacaq.

Ruhu da, sözü də azad olan şair bunu öz yaradıcılığında hər zaman əks etdirdi. Bir çoxlarının pıçıltı ilə belə danışmaqdan çəkindiyi bir zamanda o, “Oxu, tar, oxu, tar” dedi. Oxu tar, oxu ki Müşfiqi heç zaman unutmayaq.

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

 

İndi biz hamımız o Azadlıq ölkəsində, o bağdayıq. Müşfiq isə yoxdur.

Amma dahi şairin şeirləri və əbədi ruhu daim bizimlədir!..

Həcər BAYRAMOVA,

“YURD”un redaktoru.

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir