QIŞDA MEŞƏNİN ƏSRARƏNGİZ GÖZƏLLİYİ

Qış fəslinin öz gözəlliyi var, xüsusilə də qış aylarında.

Səhər tezdən üstü ağappaq qarla örtülmüş ağacların budaqları arasından günəş üfüqdən şəfəq saçırdı…

Yorğan kimi hər yana döşənmiş göz oxşayan ağ qar, günəş şüaları altında bir ahənglik yaradıb parıldayırdı.

Meşənin kənarından axan çayın şırıltısı, sanki bu mənzərəyə gözəllik qataraq axıb gedirdi.

Günəş asta-asta şaxtalı havanı isitməyə başladıqca, meşədəki heyvanlar öz yuvalarından çölə çıxıb yem axtarmağa başlayırdılar. Əsl meşə quşu olan ağacdələn isə hər zaman olduğu kimi iş başında idi, iti dimdiyi ilə ağacların gövdəsini dələrək özünə yem axtarıb, ağacdan-ağaca qonurdu. Səciyyəvi olaraq kolluqlarda məskən salan qırqovul, bilibittdan, alaçohrə, sərçələr isə dimdikləri ilə qanadlarının altını dimdikləyərək oyana-buyana uçurdular. Meşənin ən gözəl heyvanları sayılan yumşaq tüklü dələlər budaqdan-budaqa atdanır, dovşanlar isə talada, qarın üzərində ayaq izlerini buraxaraq oyan-buyana qaçır, quşların nəğmələri isə hər yana səs salıb abu-havanı dəyişirdi…

Bu füsunkar gözəlliyi görmək istəyən hər kəs, həyatında bir dəfə də olsa meşəyə gedib bu mənzərəni yaxından seyr edib, bir anlıq da olsa bütün problemlərdən uzaqlaşıb, bu gözəllikləri seyr edə bilər !!!

ƏMİNƏ QÜDRƏTLİ,
Borçalı

 

.

 

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir