Tarixdə 23 dekabr…

23.12.2023 – Bugün bu tarix torpaqları düşmən işğalından azad olunmuş bütöv Azərbaycan üçün təqvim ilinin son günlərindən biridir. Hamılıqla yeni ilə və yeni başlanğıclara qədəm qoymağın sevinc və həyəcanını yaşayırıq. Çünki böyük qələbəmizdən sonra bizim üçün bayramlar daha gözəldir.

Lakin bir qədər keçmişə nəzər salsaq, 23 dekabrın heç də hər zaman xoş gün kimi yadda qalmadığına şahid olarıq.

23 dekabr 1947-ci il. Xalqımız üçün ağrılı bir mərhələnin başlanğıcı olan həmin gün. Bu tarixdə Sovet rejimin dəstəyindən istifadə edən Ermənistan xalqımızı öz əzəli torpaqlarından didərgin salmaq niyyətinin əsasını qoydu.

23 dekabr 1947-ci il SSRİ Nazirlər Sovetinin Azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə deportasiya edilməsi barədə qərarı qəbul edildi. Bu da xalqımıza qarşı qəbul edilmiş ədalətsiz qərarlardan biri kimi tarixə keçdi.  Bu qərar xalqımıza yönəlmiş etnik təmizləmə siyasəti idi. Bu tarixdən etibarən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız üçün ağrılı günlər başladı. Lakin bugün torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımız üçün bir ümid işığı yaratdı. İllərdir ürəklərində olan nisgil bir anda ümidə çevrildi.

Orda bir kənd var, uzaqda… 

Getməsək də, görməsək də, 

O kənd – bizim kəndimizdir…

 

Həcər BAYRAMOVA,

“YURD”un redaktoru.

 

.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir