Qusar rayon Mərkəzi Xəstəxanasında aparılan uğurlu islahatlar öz bəhrəsini verir » ZiM.Az

Uzun zamandan bəri Qusar rayon Mərkəzi Xəstəxanasında yerli əhalini narazı salan bir çox hallar uğurlu islahatlar nəticəsində aradan qaldırılmaqdadır.
Bu islahatlar təbii ki, cənab Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi coxşaxəli islahatların tərkib hissəsidir.
Səhiyyə sahəsi indiki, xüsusilə, qlobal pandemiyanın tüğyan etdiyi dövrdə daha çox ehtiyac və diqqət ayrılması sahələrdən biri olduğunu göstərdi.
Bütün sahələrdəki uğurlu nəticənin əsasını şəffaflıq və vicdanlılıq prinsipi təşkil edir.

Buna sübut olaraq biz Qusar rayon Mərkəzi Xəstəxanasına bu ilin fevral ayında direktor təyin edilən Kamil Hacıyevi göstərə bilərik.

Kamil Hacıyevin ixtisas bilikləri ilə şəxsi keyfiyyətlərinin uzlaşması, şəffaf və yerli əhalinin maraq və ehtiyaclarına yönəlmiş fəaliyyəti bir çoxlarını narahat etməkdədir. Xəstəxana daxilində Dövlətimizin maraq və tələblərinə uyğun – şəffaflıq, kadr təyinatı, maddi-texniki bazanın möhkəmləndirilməsi, bürokratik əngəlliklərə boyun əyməmək kimi iş fəaliyyəti sadə rayon insanlarının birmənalı olaraq maraqlarına xidmət edir.

Gələcək fəaliyyətində Kamil Hacıyevə biz də uğurlar diləyirik!…

Samirə KƏRIMOVA,
ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir