Vüqar Mustafayev Pakistanın ölkəmizdəki səfirini qəbul edib » ZiM.Az

2024-cü il aprelin 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayeni qəbul edib.

Qonağı salamlayan Vüqar Mustafayev Pakistanın Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib. O, iki dost ölkə arasında əlaqələrin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən B.Haye Azərbaycan və Pakistan arasındakı güclü dostluq əlaqələrinin mövcudluğunu, bu münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb.

Görüş zamanı siyasi, iqtisadi-ticari, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil və digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, hər iki tərəfi maraqlandıran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Source link

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir